Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 07:52
"Real" İspaniya kubokunun 1/4 finalında "Real Sosyedad"a məğlub olub - 3:4.
Sonxeber.net kaspi.az-a istinadən bildirir ki, bu məğlubiyyət "Real"ın futbolçusu Qaret Beyli o qədər də təsirləndirməyib. Qarşılaşmanın bitməsinə 10 dəqiqə qalımı "Real" 1:4 hesabı ilə geridə olub.
Məhz bu vaxt Beyl sakit halda avtomobilinə əyləşərək stadionu tərk edib. Beyl ilk dəfə deyil ki, belə edir. O, cari mövsümdə ən azı 2 dəfə stadionu qarşılaşma bitməzdən öncə tərk edib.
Beyl artıq 4 oyundur ki, meydana çıxmır. İlk iki qarşılaşmanı zədə ucbatından, sonrakıları isə Zidanın qərarı ilə buraxmalı olub.