Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimal bölgəsində qarın hündürlüyü 43 sm-ə çatıb, temperatur mənfi 15 dərəcəyədək enib - FOTO

Şimal bölgəsində qarın hündürlüyü 43 sm-ə çatıb, temperatur mənfi 15 dərəcəyədək enib - FOTO

Tarix: 9 Fevral 2020 09:22

Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm,  Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib. 

Hazırda şimal bölgəsinə qar yağmaqda davam edir.


Etiketlər:  Şimal bölgəsində qarın hündürlüyü çatıb temperatur mənfi dərəcəyədək enib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ