Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil 57 yaşlı kişini vurub - Qaraçuxurda

Avtomobil 57 yaşlı kişini vurub - Qaraçuxurda

Tarix: 9 Fevral 2020 09:54

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net Avtosfer.az-a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Qaraçuxur qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Orucov Qurban Məmməd oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarın və döş qəfəsinin küt travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Avtomobil yaşlı kişini vurub Qaraçuxurda


RƏYLƏR