Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sarri komandasını tənqid etdi

Sarri komandasını tənqid etdi

Tarix: 9 Fevral 2020 11:22

"Yuventus"un baş məşqçisi Maurisio Sarri A Seriyasının 23-cü turunda "Verona" ilə matçdan (1:2) sonra komandasından narazı qaldığını bildirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis arxayınlaşdıqları üçün zəif çıxış etdiklərini hesab edir:

"Futbolda ən vacib şeylərdən biri psixologiyadır. Qələbələrin bizə növbəti matçlarda da uğur qazandıracağına zəmanət vermədiyini başa düşməyin vaxtı çatıb. Yəni, daha çox çalışmalıyıq. Son illərdə "Yuventus" rahatlıqla çempion olurdu. Bu da komandanı bir az arxayınlaşdırdı. Amma birlikdə olub, asanlıqla xal itirməyə haqqımız olmadığını anlamalıyıq"

 


Etiketlər:  Sarri komandasını tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ