Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 12:00
Fevralın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiya Federasiyasının Dövlət Dumasının nümayəndə heyəti ilə görüşüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qonaqları salamlayan MSK sədri seçki prosesi ilə bağlı məlumat verib.
MSK sədri qeyd edib ki, seçkilər xarici və yerli KİV-lər tərəfindən yayımlanır. Seçkidə ölkədəki əksər siyasi partiyalar təmsil olunur. Seçki beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənir. 1000 məntəqəyə veb-kamera quraşdırılıb.
Nümayəndə heyətinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, onlar müşahidələri zamanı seçki prosesinin tam qanunlar çərçivəsində aparıldığının şahidi olublar.
Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.