Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 12:06
Azәrbaycanda parlament seçkilәrindә sәsvermә üçün hәr bir şәrait yaradılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İspaniyanın Strateji və Beynəlxalq araşdırmalar fondunun direktoru Miguel Alvarez de Eulate u Moreno jurnalistlәrә açıqlamasında deyib.
Morenonun sözlәrinә görә, Bakının 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 2 saylı seçki məntəqəsindә insanların sәs hüquqlarını azad vә şәffaf şәkildә hәyata keçirmәlәrinә imkan yaradılıb.
"Seçki prosesi İspaniyanın seçki prosesi ilә çox oxşardır. Yalnız bәzi cüzi fәrqliliklәr mövcuddur. Mәnә Azәrbaycanda keçirilәn parlament seçkilәrini müşahidә etmәk üçün yaradılan imkana görә tәşәkkür edirәm", - deyә o qeyd edib.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.