Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 12:09
Bir neçə gündür ki, Azərbaycandayıq. Həm seçkiyə hazırlıq prosesini, həm də bu gün keçirilən növbədənkənar parlament seçkilərini izləyirik. Bu gün bir neçə məntəqədə müşahidə apardıq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında parlament seçkilərində müşahidəçilik aparan Türkiyə Yüksək Seçim Kurulay başqanı Müharrem Akkaya deyib.
Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi nümayəndə heyəti seçki məntəqələrində müşahidələrini davam etdirir:
"Seçki prosesi də, səsvermə də tam normaldır. Bütün lazımi şərait yaradılıb. İlk dəfədir ki, Azərbaycanda seçki prosesini izləyirəm. Seçki prosesində heç bir maneçilik yoxdur. Havaların soyuq olmasına baxmayaraq seçici fəallığı da müşahidə edirik. Azərbaycan qardaş ölkədir, biz bu ölkədə özümüzü yad hesab etmirik. Bütün məntəqələrdə müşahidələrimizi davam etdiririk. Məntəqələrdə kameralar quraşdırılıb və kiminsə prosesə mane olmaq imkanı yoxdur".