Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Respublika üzrə müşahidəçi: Seçki prosesi tam normal və şəffaf keçir - FOTO

Respublika üzrə müşahidəçi: Seçki prosesi tam normal və şəffaf keçir - FOTO

Tarix: 9 Fevral 2020 17:15

Apardığımız müşahidələrə görə, Milli Məclisə seçki prosesi tam normal və şəffaf keçir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə YAP-ın təşəbbüsü əsasında seçkidə respublika üzrə müşahidəçi qismində iştirak edən Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, artıq 19 saylı Nərimanov Birinci Seçki Dairəsi və 20 saylı Nərimanov İkinci Seçki Dairəsi üzrə bir çox məntəqələrdə müşahidə aparıblar:

Müşahidələrini davam etdirdiklərini deyən Y.Abdiyeva əlavə edib ki, indiyədək heç bir seçki məntəqəsində qanun pozuntusu ilə rastlaşmayıblar.

O, məntəqələrdə seçicilərin fəallığının da yüksək səviyyədə olduğunu nəzərə çatdırıb.

Y.Abdiyeva bu halın beynəlxalq müşahidəçilər tərəfindən də müsbət hal kimi dəyərləndirildiyini söyləyib:

"Respublika üzrə müşahidəçi kimi Almaniyadan gələn müşahidəçilərlə birgə Nərimanov rayon 20-ci Seçki Dairəsinin 25-ci məntəqəsində olarkən, hətta bu ölkənin nümayəndələri - Helintre Hans Joachim və Erust İrene Marianne də seçkilərin yüksək səviyyədə, şəffaf keçirilməsindən məmun olduqlarını bildirdilər. Biz səsvermə zamanı hər şeyin çox şəffaf keçdiyinin və insanların seçkidə aktiv iştirak etdiyinin şahidi olduq".

Y.Abdiyeva seçki prosesində müşahidəçilərin iştirakı ilə bağlı heç bir problemin qeydə alınmadığını bildirib.

O, seçkilərdə müşahidəçilərin iştirakının tam yüksək səviyyədə təmin edildiyi qənaətəinə gə gəlib.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.


Etiketlər:  Respublika üzrə müşahidəçi Seçki prosesi normal şəffaf keçir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ