Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 18:20
Piylənmə problemi olan insanlar dünya iqtisadiyyatı üçün təhlükə hesab ediliblər.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, dünya ölkələrində kök insanların artması səbəbi ilə gələcəkdə xərclərin də 7 trilyon dollara qədər artacağı gözlənilir.
Bu barədə Dünya Bankının "Piylənmə: yaxınlaşan qlobal problemin tibbi-iqtisadi nəticəsi" adlı hesabatında deyilir.
Son məlumatlara görə, 1975-ci ildən bu günə qədər piylənmədən əziyyət çəkən insanların sayı 3 dəfə artıb.
Bu insanların 70 faizindən çoxu orta gəlirləri olan ölkələrdə, 6 faizi yoxsul ölkələrdə yaşayır.
Piylənmə epidemiyasını gücləndirən faktorlar arasında həddən artıq emal edilmiş və şəkərli qidalar, fiziki aktivliyin zəifləməsi və zərərli qidaların qəbul edilməsi yer alıb.
Mütəxəssislərin sözlərinə görə, çəkisi artıq olan insanlar iqtisadiyyata əmək məhsuldarlığının aşağı düşməsi, həyatın müddəti, sağlamlıq və sosial xərclərin artması ilə təsir edirlər.
Beləliklə Dünya Bankının proqnozlarına görə, yaxın 15 ildə inkişaf edən ölkələrdə xərclərin səviyyəsi artacaq.
Araşdırmanın müəllifləri hesab edirlər ki, bu xərclərin azaldılması üçün hökumətlərin məsələyə vahid şəkildə yanaşması lazımdır. Bunun üçün isə ilk növbədə yüksək şəkər tərkibli içki və qidalara tətbiq edilən vergilərin artırılması, məktəblərdə sağlam qidalanmanın faydaları barədə mühazirələr keçirmək məsləhət görülür.