Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerli müşahidəçi: Seçki prosesinə kənar müdaxilə yoxdur

Yerli müşahidəçi: Seçki prosesinə kənar müdaxilə yoxdur

Tarix: 9 Fevral 2020 18:42

Müşahidələrimə əsasən, deyə bilərəm ki, seçki prosesinə kənar müdaxilə yoxdur.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Bakının Nizami rayonunun 25 saylı Seçki Dairəsinin 21 saylı məntəqəsinin müşahidəçisi Heydər Orucov deyib.

Onun sözlərinə görə, günün ilk saatlarında hava şəraiti ilə əlaqədar məntəqəyə gələnlərin sayı az olsa da, daha sonra seçici fəallığı artıb.

Hazırda seçici fəallığının yüksək olduğunu vurğulayan H.Orucov əlavə edib ki, ATƏT-in Parlament Assambleyasının müşahidəçiləri də məntəqədə olarkən burada seçicilərin səsverməsi üçün yaradılan şəraitdən razılıq ediblər.


Etiketlər:  Yerli müşahidəçi Seçki prosesinə kənar müdaxilə yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ