Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arsenal" Bakıda qalib gəlsə... - fantastik mükafat

Tarix: 21 May 2019 14:16

Avropa Liqasını qazanacağı təqdirdə "Arsenal"ın futbolçularına veriləcək mükafat açıqlanıb.

Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi bunun üçün 10 milyon funt sterlinq ayırıb. Əgər "topçular" Bakıda keçiiləcək finalda "Çelsi"ni məğlub edə bilsə, hər futbolçu 100-500 min funt sterlinq arası mükafat alacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma yerli vaxtla 23:00-da başlayacaq.

 


Etiketlər:  Arsenal Bakıda qalib gəlsə fantastik mükafat


RƏYLƏR