Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla bağlı video paylaşdı, qəzəbə tuş gəldi

Koronavirusla bağlı video paylaşdı, qəzəbə tuş gəldi

Tarix: 10 Fevral 2020 08:08

İngiltərə yığması və Londonun "Tottenhem Hotspur" klubunun 23 yaşlı yarımmüdafiəçisi Dele Alli irqçilikdə günahlandırılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb idmançının Tvitter hesabında koronavirusla bağlı paylaşdığı video olub.

Belə ki, Londonun "Hitrou" aeroportunda lentə alınan videoda Alli əvvəlcə asiyalı bir kişini göstərir, daha sonra isə kameranı antiseptik vasitəyə tərəf çevirir. Görüntüyə o, "Virus mənə təsir etməsi üçün cəld tərpənməlidir" şərhini yazıb.

Çarx yazısı ilə bərabər sosial şəbəkə izləyicilərini qəzəbləndirib. Nəticədə ictimaiyyətin təzyiqi ilə Alli videonu silib və üzr istəyib.


Etiketlər:  Koronavirusla bağlı video paylaşdı qəzəbə tuş gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ