Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

GUAM müşahidə missiyası: ''Seçkilər beynəlxalq standartlara uyğun həyata keçirilib'' - FOTO

GUAM müşahidə missiyası: ''Seçkilər beynəlxalq standartlara uyğun həyata keçirilib'' - FOTO

Tarix: 10 Fevral 2020 11:51

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar GUAM Parlament Assambleyasının müşahidə missiyası müşahidələrin nəticələrini açıqlayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, missiyanın üzvü, ukraynalı deputat Maryan Zablotskiy bildirib ki, GUAM Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda parlament seçkilərinin azad və ədalətli şəkildə keçirilməsinə şahid olub.

"Azərbaycan parlamentinə seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirlib. Seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb", - missiya üzvü qeyd edib.

M.Zablotskiy GUAM Parlament Assambleyasının müşahidə missiyasının məntəqələrdə heç bir pozuntu hallarına rast gəlinmədiyini vurğulayıb.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.


Etiketlər:  GUAM müşahidə missiyası Seçkilər beynəlxalq standartlara uyğun həyata keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ