Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İntizarın 9 yaşlı qızı kartinqdə divara çırpıldı - VİDEO

İntizarın 9 yaşlı qızı kartinqdə divara çırpıldı - VİDEO

Tarix: 10 Fevral 2020 13:10

"Şeron" qrupunun keçmiş solisti, tanınmış müğənnni İntizar Məmmədzadənin qızı qəzaya düşüb.

Milli.Az xəbər verir ki, bu barədə o, vesti.az-a açıqlamasında bildirib. Sənətçi hadisənin Moskvada ticarət mərkəzlərinin birində qeydə alındığını deyib.

9 yaşlı Əsməray doğum günündə kartinq sürərkən divara çırpılıb. Nəticədə azyaşlının iki böyrəyi, bir dalağı və mədəaltı vəzisi zədələnib.

Məmmədzadə qızının 4 gün reanimasiyada qaldığını, hazırda da Moskva klinikalarının birində müalicə aldığını söyləyib.

O, sözügedən mərkəzin təhlükəsizlik qaydalarına əməl etməyərək qızına kəmər taxılmadığını bildirib. İntizar yaxın günlərdə məsələ ilə bağlı prokurorluğa şikayət ünvanlayacağını qeyd edib.

Milli.Az


Etiketlər:  İntizarın 9 yaşlı qızı kartinqdə divara çırpıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ