Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə müşahidə missiyası: ''Seçkilərdə iftixar duya biləcəyimiz bir şərait gördük'' - FOTO

Türkiyə müşahidə missiyası: ''Seçkilərdə iftixar duya biləcəyimiz bir şərait gördük'' - FOTO

Tarix: 10 Fevral 2020 13:21

Türkiyə Böyük Millət Məclisin Müşahidə Missiyasının üzvləri Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı gəldikləri rəylərini açıqlayıblar.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Türkiyə Böyük Millət Məclisin Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım əvvəlcə Azərbaycanı seçkilərin baş tutmasına görə təbrik edib.

Müşahidəçi əlavə edib ki, Azərbaycanda insanlar öz istədikləri insanlara səs verərək onları qalib ediblər:"Seçkilərdə qalib gələn namizədləri təbrik edirəm. Eyni zamanda, qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm".
TBMM-in üzvü Orhan Erdem deyib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıtda prosesi izləyiblər:"Seçki məntəqələrin də heç bir polis, əsgər və rəsmi geyim forması geyən bir şəxs görmədim. Bu da insanlara bir rahatlıq verirdi. Azərbaycan xalqına "xeyirli olsun" deyirəm".

Azərbaycanda çox layiqli gənclərin yetişdiyini deyən O.Erdem namizədlərin siyahısında gənclərin sayının çox olmasından məmnun olduğunu söyləyib.
TBMM-in üzvü Yunus Kılıç bildirib ki, Azərbaycanın müxtəlif seçkilərində türkiyəli müşahidəçilər həmişə iştirak ediblər.

Seçkiyə hazırlıq dövründə də müəyyən işlərlə tanış olduqlarını deyən Y.Kılıc qeyd edib ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın seçkidə iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir.
O əlavə edib ki, seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesin istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi çox gözəl haldır:"Əslində, Azərbaycanın seçkiyə çox sayda beynəlxalq müşahidəçi dəvət etməsi onun açıq ölkə olduğunu, hər şeyin şəffaf olduğunu göstərir. Məntəqələrdə heç kim heç kəsin işinə qarışmırdı, amma hər kəs prosesi müşahidə edə bilirdi. Namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıdıblar. Burada da bir demokratik davranış var".

TBMM-in üzvü İbrahim Aydemir Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu xüsusi vurğulayıb:" Burada proseslərin normal keçməsi bizi sevindirər. Biz seçkilərdə də ancaq Azərbaycanın iftixar duya biləcəyi bir şərait gördük. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar".

TBMM-in üzvü Uğur Bayraktutan məntəqələrdə kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini, polislərin məntəqələrdə olmamasını çox müsbət hal kimi dəyərləndirib:"Biz daha bir uğur qazanan Azərbaycanı tərk edərək Türkiyəyə geri dönəcəyik. "Azərbaycanın yolu uğurlu olsun" deyirik".


Etiketlər:  Türkiyə müşahidə missiyası Seçkilərdə iftixar duya biləcəyimiz şərait gördük FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ