Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 14:36
Fevralın 10-da Türk Şurasının Müşahidə Missiyası Azərbaycanda keçirilən Parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən təşkilatın Baş katibin müavini Ömər Kocaman parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib: "Müşahidələr Bakı və Mingəçevir şəhərlərində aparıldı. Fevralın 4-də Bakıya gəldik və seçki prosesinə hazırlıqla bağlı araşdırmalar apardıq.
Seçki tam qanunauyğun şəkildə aparılıb. Namizədlər üçün əlverişli şərait yaradılmışdı. Bununla yanaşı siyasi partiyalar da çoxluq təşkil edirdi. Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyini təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər. Müşahidə apardığımız seçki məntəqələrində texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə yüksək əhval-ruhiyyə ilə səs verməyə gəlmələrini görmək çox maraqlı idi. Bundan başqa qadın namizədlərinində sayı çoxluq təşkil edirdi".
O, nümayəndə heyətinə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan əməkdaşların daxil olduğunu bildirib və əlavə edib ki, seçki prosesini 2 missiyaya bölünərək müşahidə ediblər: "Seçki məntəqələrində bizə hər cür məlumat verildi, müşahidəmiz üçün lazımi şərait yaradıldı. Namizədlərin sayının çox olması seçkiyə inamın artdığından xəbər verir".
Ömər Kocaman seçkinin uğurla başa çatdığına görə, Azərbaycan xalqını təbrik edib: "Sevindirici haldır ki, bu seçkilərdə gənclər daha fəal idilər. Namizədlərin hər 100 nəfərindən 50-si 20-40 yaş həddində olanlar di. Bu da Milli Məclisin yenilənməsinə, gəncləşməsinə işarədir.
Siyasi partiyaların normal sayda namizədlərlə iştirakı qürurvericidir.
Mərkəzi Seçki Komissiyası ölkədə olan 341 min məcburi köçkün üçün 573 seçki məntəqəsi təşkil etdi və onların səs verməsi üçün hər cür şərait yaratmışdı. 24 məntəqəni müşahidə etdik.
Müşahidəçilərimiz sona qədər prosesi müşahidə edib. Heç bir pozuntu aşkarlamadı. Azərbaycanda keçirilən parlament seçkilərini tam demokratik keçirildiyini əminliklə deyirik. Azərbaycan xalqı üçün xeyurli və uğurlu olsun.
Azərbaycanda son 20 ildəki inkişafı artıq göz qabağındadı. Bunu bütün dünya bu inkişafı və nəticəni hamı görür".