Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 21:26
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iğtişaşların baş verdiyi Jambıl vilayətinin rəhbərini vəzifəsindən kənarlaşdırıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tokayev Jambıl akimi Askar Mırzahmetovla onun sosial məsələlər üzrə müavini Suluşaş Kurmanbekovu, Korday rayonunun akimi Bolatbek Baytolenin işinə son verib. Bundan başqa, şəhər polis bölmələrinin rəhbərləri də işdən çıxarılıb.
Jambıl vilayətinin yeni rəhbəri isə Baş Nazirin müavini Berdibek Saparbayev təyin edilib.
Xatırladaq ki, fevralın 8-də Qazaxıstanda baş vermiş iğtişaşlar zamanı 10 nəfər ölüb, 50-dək insan isə saxlanılıb.