Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konora ''başdanxarab'' dedi

Konora ''başdanxarab'' dedi

Tarix: 10 Fevral 2020 22:00

UFC çempionu Həbib Nurqamomedovun meneceri Əli Abdel-Əziz irlandiyalı Konor Makqreqorla mümkün revanş döyüşü ilə bağlı fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o deyib:

"Əgər bu döyüş baş tutsa, yalnız küçədə ola bilər. Bu zaman o, möhtəşəm bir şey yaratmalıdır. Siz bilirsiniz, o kimdir? Konor ən böyük ulduzlardan biridir. Amma yalnız ən böyük başdanxarab olduğuna görə. Gəlin, hər şeyə real yanaşaq. Bu oğlan bizim xoşumuza gəlmir. Hər dəfə onu görəndə problem yaranır. O, ailə, din barədə danışarkən sərhədi keçib. Həbibə münasibətdə isə belə etmək olmaz".

Milli.Az


Etiketlər:  Konora başdanxarab dedi


RƏYLƏR