Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə 31.8 dərəcə şaxta qeydə alınıb

Türkiyədə 31.8 dərəcə şaxta qeydə alınıb

Tarix: 10 Fevral 2020 23:00

Türkiyənin şərqi Anadolu hissəsində "Sibir soyuqları" müşahidə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir neçə gündür davam edən əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin 33 bölgəsində təhsil müəssisələri bağlanıb.

Ölkənin Rizə, Ərzurum, Ərzincan, Qars, Ağrı, Ardahan və İğdır şəhərlərində əhaliyə qar uçqunu və qarlı hava şəraiti səbəbindən baş verə biləcək digər hadisələrlə bağlı xəbərdarlıq edilib. Türkiyə ərazisində ən aşağı temperatur - 31.8 dərəcə şaxta Ardahanda qeydə alınıb.

Hidrometeoroloqların proqnozlarına görə, ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir neçə gün daha davam edəcək. Bu səbəbdən xüsusilə səhər və axşam saatlarında əhalinin, o cümlədən sürücülərin ehtiyatlı olmaları bildirilir.

Lakin bütün bu mənfi fəsadlara baxmayaraq ölkə ərazisində davam edən qarlı hava şəraiti göz oxşayan mənzərələrin ortaya çıxmasına da səbəb olub.

Milli.Az


Etiketlər:  Türkiyədə dərəcə şaxta qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ