Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 23:28
Dünyanın ilk kosmonavtı Yuri Qararinin avtomobili auksionda satılacaq.
Sonxeber.net xəbər verir ki, Yuri Qaqarinin sürdüyü ZİL-111V maşını Moskvada satışa çıxarılacaq. Hansı ki, Qaqarin kosmosdan yerə endikdən sonra həmin avtomobillə Kremlə gəlib.
ZİL-111V çox az sayda istehsal olunan modellərdəndir və cəmi 12 ədəd bu modeldən istehsal olunub. Onu da qeyd edək ki, Qaqarin bu avtomobildən cəmi bir dəfə 14 aprel 1961-ci ildə Kremlə gələrkən istifadə edib. Maşın indiyədək bir dəfə də olsun rənglənməyib. Hətta təkəri belə dəyişdirilməyib. Maşın indiyədək cəmi 35 min kilometr məsafə qət edib. (ölkə.az)