Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 07:26
ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrində hərbi təhsilə yardım üçün 25,5 milyon dollar ayırmaq istəyir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin büdcə layihəsində deyilir.
Layihədə bildirilir: "Avropa üçün beynəlxalq hərbi təhsil və təlim proqramları regional təhlükəsizliyi və ABŞ, NATO və Avropanın Silahlı Qüvvələrinin uyğunluğunu gücləndirir, həmçinin Rusiyanın təcavüzünə qarşı yardımı genişləndirir".
Maliyyə yardımı Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya, Türkiyə və Ukrayna üçün nəzərdə tutulur.
Hərbi təlimdə yardımın məqsədi ilk növbədə adıçəkilən ölkələrin hərbçilərinin "ABŞ Silahlı Qüvvələrinin doktrinası və əməliyyat taktikasını başa düşməsi və təsdiqləməsidir".