Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hamımızda ləkə var” - Şəbnəm Tovuzlunu avam hesab edən Nadir Qafarzadə - VİDEO - FOTO

“Hamımızda ləkə var” - Şəbnəm Tovuzlunu avam hesab edən Nadir Qafarzadə - VİDEO - FOTO

Tarix: 11 Fevral 2020 14:25

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi Nadir Qafarzadə olub.

Sonxeber.net bildirir ki, sənətçi həmkarı Şəbnəm Tovuzlunun müdafiəsinə qalxıb:

"Bu yaxınlarda Şəbnəmi yaxından tanıdım. Onsuz da, çox istəyirdim, lap çox istədim. Mənim kimi sadəlövdür. Avamdır. Hərdən görürəm ki, İnstaqram-da onu təhqir edirlər. İstəyirəm yazam ki, nə istəyirsiz bu qadından? Qoy həyatını yaşasın. Hər kəs bir cür yaşayır. Bunun da həyatı budur. Övladı, həyat yoldaşı var. Sizin də qızınız, yoldaşınız var.

Başqasının  qadınını təhqir edirsiz. Sizə etsələr, xoşunuz gələr? Siz Şəbnəmi təhqir edəndə o heç nə itirmir. Xalqımızda belə xüsusiyyət var, kimin üzərinə gedirlərsə, onu sevməyə başlayırlar. Ona görə də belə şeylər etməyin, ayıbdır. Heç kim mələk deyil. Hamımızın üzərində ləkə var. Hər kim nə yaşayırsa, özü bilər".


Etiketlər:  Hamımızda ləkə Şəbnəm Tovuzlunu avam hesab edən Nadir Qafarzadə VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ