Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 16:56
Rusiyanın Krasnoyarsk vilayətində azyaşlıları daşıyan avtobus qəzaya düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin (DİN) vilayət üzrə rəsmi saytında yayılan xəbərə əsasən məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Volkswagen" markalı mikroavtobus Boquçanı-Yurubçen-Baykit avtomobil yolunun 6-cı kilometrliyində "İveco" markalı yük avtomobili ilə toqquşub.
Mikroavtobusda 10-12 yaş arası 15 uşaqdan ibarət xoreoqrafiya kollektivi olub. Onlardan üçü qəza zamanı xəsarət alıb.