Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 18:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində milli muğam sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədov ilə görüşüblər.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Xalq artisti Əlibaba Məmmədova "Şərəf" ordenini təqdim etdi.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Mərkəzdə nümayiş olunan sərgilərə baxdılar.
Xəbər yenilənəcək