Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı ekspert: Azərbaycan vətəndaşları ölkənin kursunun yenilənməsi məsələsində Prezident İlham Əliyevi dəstəkləyib

Rusiyalı ekspert: Azərbaycan vətəndaşları ölkənin kursunun yenilənməsi məsələsində Prezident İlham Əliyevi dəstəkləyib

Tarix: 11 Fevral 2020 19:45

Növbədənkənar parlament seçkiləri Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara uyğun keçirildi.

Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Darya Qrevtsova deyib.

O, seçkiləri müxtəlif partiya nümayəndələrinin seçki prosesinə buraxılması baxımından azad, səslərin hesablanması baxımından ədalətli və KİV-lərin işıqlandırması baxımından şəffaf olaraq dəyərləndirib:

"Bu seçkilərdə çoxlu sayda xarici müşahidəçi iştirak edib və onların böyük əksəriyyəti seçki məntəqələrində ciddi pozuntuların baş vermədiyini deyiblər. Yalnız ATƏT Demokratik Təşkilatlar və İnsan Haqları Bürosundan (DTİHB) olan müşahidəçilər ənənəvi olaraq pozuntular gördülər. Onlar başqa cür bacarmır, onların məqsədi Qərbdən müstəqil şəkildə siyasət yürüdən ölkələri azadlıq və demokratiyanın olmamasında ittiham etməkdir. Onlar Azərbaycan, Rusiya və ya Türkiyə kimi ölkələrdə ən ideal seçkini belə qeyri-şəffaf adlandıracaqlar. Amma bununla belə onlar real sübut təqdim edə bilmirlər. Buna qarşılıq olaraq Azərbaycan ATƏT DTİHB müşahidəçilərinin rəylərini üstələyən müstəqil xarici müşahidəçilər dəvət edir. Mən özüm müşahidəçi olmuşam və qeyd edə bilərəm ki, hər şey, hava limanında qarşılamadan tutmuş seçki məntəqələri arasında hərəkətədək, yüksək səviyyədə təşkil olunmuşdu. Xüsusilə qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ qaçqınlarının və Dağlıq Qarabağda yaşayan şəxslərin səs vermək imkanı var idi".

Politoloq qeyd edib ki, parlament seçkilərində səs çoxluğunu hakim Yeni Azərbaycan Partiyası qazanıb, bu isə onu göstərir ki, insanlar ölkənin kursunun yenilənməsi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyib.


Etiketlər:  Rusiyalı ekspert Azərbaycan vətəndaşları ölkənin kursunun yenilənməsi məsələsində Prezident İlham Əliyevi dəstəkləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ