Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanıq yaralar üçün süni dəri hazırlayan cihaz

Yanıq yaralar üçün süni dəri hazırlayan cihaz

Tarix: 11 Fevral 2020 21:52

Alimlər, yanıq yaralar üçün süni dəri hazırlayaraq ziyanlı bölgənin müalicə edilməsini təmin edən bir cihaz yaratdı. Son sınaqları müvəffəqiyyətlə keçirilən cihazın, dəri nəqli kimi müalicələrə alternativ olması gözlənilir.

Kanadalı alimlər, 2018-ci ildə süni dəri laylarını birbaşa yanıq yaralarına çap edən bir əl cihazını təqdim etdi. Araşdırmaçı Aksel Günter, bint yerinə yara üzərinə parça toxuma binti yerləşdirən bir mikro cihaz olaraq təyin etmişdi.

Qrup, cihaz üzərində etdikləri son sınaqların ümid verici nəticələrini keçən günlərdə paylaşdı və cihazın yanıq müalicələrində istifadə edilməsinə bir addım daha yaxınlaşdı. Həkimlərin bu anda ciddi dərəcədəki yanıqların müalicəsi üçün müxtəlif variantları var. Ümumiyyətlə bu növ hadisələrdə ziyanlı toxuma çıxarılaraq bədənin başqa bir qisimindən sağlam bir toxuma ilə dəyişdirilir. Ancaq bəzi vəziyyətlərdə dəri nəqli uyğun bir variant olmur.

Günter verfiyi şərhdə, dərinin həm üst, həm də alt laylarınını korlayan əhatəli yanıqlarda həmişə sağlam dəri tapıla bilmədiyini ifadə edərək, dərini birbaşa yanığa yerləşdirən cihazın əhəmiyyətli bir görüş ola biləcəyini söylədi. Qrupun yaratdığı cihaz, xüsusi layları birbaşa yara üzərinə yayaraq, dəri nəqli ehtiyacını tamamilə ortadan qaldırır.

Milli.Az


Etiketlər:  Yanıq yaralar üçün süni dəri hazırlayan cihaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ