Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 22:20
Türkiyənin Müdafiə Nazirliyi İdlibdə daha 51 Suriya ordusunun hərbçisini zərərsizləşdirildiyini açıqladı. Bundan əlavə bir silah anbarı, bir zenit qurğusu, iki tank məhv edildi və bir tank ələ keçirildi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, daha əvvəl Ankara 101 Suriya hərbçisini zərərsizləşdirildiyini bildirib.
Xatırladaq ki, fevralın 3-də Suriya ordusunun İdlibdə açdığı atəş nəticəsində 8 türk əsgəri və mülki şəxs həlak olub.