Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 08:18
Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan "Boeing" korporasiyası 1962-ci ildən indiyədək ilk dəfə yanvar ayında təyyarələrin yığılması üçün yeni sifariş almayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, onun rəqibi Avropa aviaistehsalçısı "Airbus" şirkəti, ticarət təyyarələrinin tədarükü üçün 274 yeni sifariş alıb.
"Boeing" korporasiyası iki "737 MAX" model təyyarələrinin qəza yaşadıqdan sonra uçuşlarının dayandırıldıqları ilə əlaqədər böhran keçirir.
2018-ci ildə "Boeing" şirkətinin gəliri 10,46 milyard ABŞ dolları olan halda 2019-cu ildə xalis zərəri 636 milyon ABŞ dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında "Boeing 737 Max" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, 2019-cu ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olub.
Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoyub, bir çox hava şirkətləri də onların istismarını dayandırıb.