Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 19:00
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq barədə yeni saziş ikitərəfli münasibətləri dərinləşdirəcək.
Bunu Trend-ə İsveç Xarici İşlər Nazirliyindən deyiblər.
Məlumatda qeyd olunur ki, hazırda Aİ ilə Azərbaycan arasında yeni sazişin müzakirələri davam edir.
Nazirlikdən bildiriblər ki, “Şərq Tərəfdaşlığı” da münasibətlər üçün vacib vasitədir.
Azərbaycanla İsveç arasındakı ikitərəfli münasibətlərə gəldikdə isə nazirlikdən bildiriblər ki, 2018-ci ildə İsveçdən Azərbaycana ixrac 25 faiz, idxal isə 24 faiz artıb və bu, ikitərəfli ticarətin müsbət dinamikasını təsdiq edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin