Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 18:46
"İranın şimalında yerləşən Gilan vilayətinin Şəft rayonunda 4,5 bal gücündə zəlzələ baş verib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 14:23 dəqiqədə 18 km dərinlikdə qeydə alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
Əlavə edək ki, İranın şimalında Gilan vilayətində güclü qar və qar uçqunu nəticəsində bir çox kəndlərlə əlaqə kəsilib, elektrik verilişi dayandırılıb. İndiyədək qar nəticəsində 8 nəfər həlak olub, 147 nəfər yaralanıb.