Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 21:40
İstanbulun Sabiha Gökçən hava limanında eniş edərkən qəzaya uğrayan təyyarənin qara qutusu Almaniyada araşdırılacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Almaniyanın Qəza Təhqiqatı İdarəsi tərəfindən aparılacaq təhlilin bir həftə ərzində başa çatdırılması, ilkin hesabatın isə bir ay ərzində hazırlanması gözlənilir. Araşdırmaların fevralın 13-də başlaması planlaşdırılır.
Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb.
Hadisə zamanı üç nəfər həlak olub.