Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Portuqaliyalı gənclər daha bir iqlim tətili üçün çağırış ediblər

Portuqaliyalı gənclər daha bir iqlim tətili üçün çağırış ediblər

Tarix: 13 Fevral 2020 00:00

Martın 13-də gənc portuqaliyalı fəallar daha bir qlobal tələbə iqlim tətilinə qoşulacaqlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Climate Strike Portuqal" tərəfindən bu gün dərc olunan açıqlamada "Fridays For Future" tələbə hərəkatının beynəlxalq müraciəti davam etdirəcək Mart iqlim tətilinin hədəfinin iqlim ədaləti dalğasını başladılmasına və ətraf mühitin qorunması üçün siyasi tədbirlərin qəbul edilməsinə çağırış olduğu bildirilir.

"2019-cu ildə baş verən iqlim tətillərindən sonra iqlim böhranının artan təhlükəsi qarşısında hələ təsirli tədbirlər görülməyib. Planetimizi alov bürüyüb və yüzilliyə yekun vurmaq üçün on ilimiz var", - deyə "Climate Strike Portuqal"ın sənədində deyilir.

Martın 13-də tətillər Lissabonda, Portuda, Aveiroda, Penafieldə, Pikoda keçiriləcək.

Gənclər hərəkatı Portuqaliyada hələ də mövcud olan neft və qaz güzəştlərinə son qoymağın, lityum batareyaları əvəz edə biləcək və təbii qazdan istifadə edə biləcək həqiqətən davamlı alternativləri araşdırmağın və milli nəqliyyat sistemini, xüsusən də dəmir yolunu elektrikləşdirməyin tərəfdarıdır.


Etiketlər:  Portuqaliyalı gənclər daha iqlim tətili üçün çağırış ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ