Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 09:00
Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Sürücü Hüseyn Əzizovun yüksək sürətlə idarə etdiyi "VAZ 2171" ("Lada Priora") markalı minik maşını yolda quraşdırılan işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücünün ağır xəsarət aldığı deyilir. O, xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Qəzadan sonra yolda uzun tıxac yaranıb. Avtomobillərin hərəkətinin bərpa edilməsi üçün əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.