Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 17:00
Moskvanın ermənilərə məxsus olan "Ararat" klubu fəaliyyətini dayandırıb.
Qol.az Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının baş katibinin müavini Denis Roqaçev məlumat verib: "Ararat"ın fəaliyyətini dayandırdığını təsdiq edə bilərik. Böyük borclar var, klub lisenziyadan məhrumdur. Klub əlaqəni dayandırıb"
Qeyd edək ki, "Ararat" 2017-ci ilin martında Moskvada erməni gənclərinin assosiasiyasının dəstəyi ilə yaradılmışdı. "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlində 8-ci yeri tuturdu.