Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 18:00
Prezident İlham Əliyev "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilir (əlavə olunur).
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
həmin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.