Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 18:50
ARB TV-nin "Elgizlə İzlə" verilişinə müraciət edən Ayşən adlı gənc qadın yardım istəyib.
"Yoldaşım xəstədir. Xəstəliyinə görə işləyə də bilmir. Mən də işləmirəm. Bizə atam baxır. Yoldaşımın müalicəsi üçün yazılan dərmanları almağa imkanım yoxdur".
Sonxeber.net xəbər verir ki, verilişdə ekspert-qonaq qismində iştirak edən jurnalist Tahirə Məmmədqızı isə Ayşən xanımın əməkdar artist Zakir Əliyevin bacısı qızı olduğunu açıqlayıb.
Ayşən xanım faktı təsdiqləsə də dayısının onun problemlərindən xəbərsiz olduğunu deyib.