Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 19:22
Fevralın 12-də və bu gün İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın meneceri Stuart Brown, səyahət meneceri Kelly Brown, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Steve Lewisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri Hilton otelinə, Bakı Olimpiya Stadionuna, Bakcell Arenaya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.
Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.
Ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.
Yuxarı