Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 10:27
"Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar ümumi seçki məntəqələrinin heç 2 faizini təşkil etmir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Real TV-yə müsahibəsində deyib.
M.Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan materialların çəkildiyi bütün məntəqələrdə seçkilərin nəticəsini ləğv etsək belə, 5 573 seçki məntəqəsinin cəmi 2 faizini təşkil edəcək, yəni bu, təqribən 100 məntəqə deməkdir:
"Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar".