Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 20:45
"Şəxsi həyatımda boşluqdur. Səbəbi özüməm".
Sonxeber.net bildirir ki, bu sözləri axşam.az-ın suallarını cavablandıran müğənni Samir Cavadzadə deyib.
O, Sevgililər günündə ona yoldaşlıq edəcək şəxsin olmadığını söyləyib:
"Sevgili axtarışında deyiləm. Sadəcə bir məqam yaranar ki, başqasını görüb bəyənə bilərəm. Ümumiyyətlə, mənim üçün yeni tanışlıq - flört hamısından daha gözəldir. Mənə görə flört sevgidən üstündür. İnsan o zaman daha həyəcanlı olur. Qarşısındakının xoşuna gəlmək üçün hər şey edir. O zaman ürək daha tez-tez döyünür".