Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 22:06
Koronavirusla mübarizə üçün Çinin Vuhan şəhərinə Xian Beynəlxalq Mərkəzi Xəstəxanasının 228 nəfərdən ibarət həkim və tibb işçisi briqadası yollanıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, onlardan bəziləri qoruyucu tibbi geyimi və maskanı geyinməyi asanlaşdırmaq üçün saçlarını kəsdirib. Onların bu addımı Çin və digər ölkələrdə medianın gündəminə düşüb. Hər kəs bu tibb işçilərinin atdığı addımı təqdirəlayiq hesab edib və onlara təşəkkür edib.
Briqadadan olan gənc bir həkim isə saçlarını kəsdiyinə görə təəssüflənmədiyini bildirib:
"BU elə də pis hadisə deyil. Saçlarım yenidən çıxa və külək dəydikcə əvvəlki kimi uzana bilər. Uzun saçlarım olanda mən yenidən Vuhan şəhərinə gələrəm"