Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 22:56
UEFA "Mançester Siti"yə ağır cəza tətbiq edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklarından kənarlaşdırılıb.
Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib.
Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.