Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Airbus” ABŞ-ın rüsumları qaldırmaq qərarına münasibət bildirdi

“Airbus” ABŞ-ın rüsumları qaldırmaq qərarına münasibət bildirdi

Tarix: 15 Fevral 2020 09:20

"Airbus Aircraft" korporasiyası ABŞ hökumətinin Avropa təyyarələrinə idxal rüsumlarının artırması qərarının bu ölkənin avia şirkətlərinə zərər verəcəyini hesab edir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə "Airbus Aircraft" şirkətinin açıqlamasında bildirilib.

Açıqlamada deyilir: "Qərar qəbul olunanda Amerika avia şirkətlərinin müraciətləri nəzərə alınmayıb və nəticədə, ABŞ sərnişinləri qiymət artımını ödəməyə məcbur olacaqlar".

Ümumdünya Ticarət Təşkilatının 2019-cu ilin oktyabr ayının əvvəlində keçirdiyi arbitraj, Avropa Birliyinin "Airbus"a veriləsi subsidiyalarla əlaqədar qurumun qəbul etdiyi qərarlara əməl etməməsi səbəbindən ABŞ hakimiyyətinə Avropa İttifaqı ölkələrinə dair təxminən 7.5 milyard dollar tarif tətbiq etməyə icazə verib.


Etiketlər:  Airbus ABŞ rüsumları qaldırmaq qərarına münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ