Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 12:00
Rusiyanın Kabarda-Balkar respublikasında azyaşlı gülləyə tuş gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Zalukokoaje kəndində 48 yaşlı kişi küçə itlərini qorxutmaq üçün havaya atəş açıb.
Güllə yaxınlıqda olan yeddi yaşlı qızın başına dəyib.
Dərhal xəstəxanaya çatdırılan azyaşlı əməliyyat olunub. Həkimlər 7,62 millimetr olan gülləni çıxara biliblər. Hadisənin təfərrüatları araşdırılır.