Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 12:36
"Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci "Fərqli fərdlər " Konqresində çıxışı zamanı deyib.
Ş.Eyvazov əlavə edib ki, yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılıb:"Artıq 23 rayon və şəhərdə ümumilildə 2 milyondan çox Azərbaycanlı vətəndaşına icbari tibbi sığorta xidməti göstərilir. Həmin şəxslərin 28 faizi uşaqlardır. Ölkədə 18 yaşına kimi uşaqlara göstərilən xidmət tam ödənişsizdir".
Ş.Eyvazov qeyd edib ki, agentliyin tərkibində yaradılan Tibbi Ərazi Bölmələri Idarəetmə Birliyinin (TƏBIB) tabeliyinə 3000-dən çox tibb müəssisəsinin idarəedilməsi həvalə olunub. Onların arasında uşaq bərpa müalicə mərkəzləri, uşaq poliklinikaları, xəstəxanaları, psixonevroloji uşaq evləri və digər tibb müəssisələri var.
Agentlik rəsmisi deyib ki, bu gün xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Fərdi özəlliyi olan uşaqlarda özünə inam hissinin yaradılmalı , onların təhsilinin keyfiyyətinin yüksəldilməlidir. Onlar özünü təcrid olunmuş kimi deyil, cəmiyyətin aktiv bir üzvü kimi hiss etməlidirlər:"Təsadüfi deyil ki, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılandan onun fəaliyyətinin ilk istiqamətlərindən biri uşaqların sağlamlığının təmin edilməsi olub".