Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı

İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı

Tarix: 15 Fevral 2020 15:18

ABŞ-ın Arizona ştatında yerləşən Mayo klinikasının ekspertləri insanın psixi sağlamlığına müsbət təsir göstərən məhsulların siyahısını açıqlayıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, əhvalın yüksəldilməsi üçün mütəxəssislər balıq, qoz, ispanaq, brokkoli, yumurta və paxlalılardan istifadə etməyi tövsiyə edib.  

Yağlı balıq növlərində depressiya simptomlarını yüngülləşdirən və xoşbəxtlik hormonları (serotonin və dofamin) əmələ gətirən omeqa-3 turşuları var. Paxlalılar, yumurta və qoz aminoturşularla zəngindir, xüsusilə də orqanizmdə seorotoninin balansını dəstəkləyən triptofanla.

Fol turşusu ilə zəngin olan ispanaq və brokkoli yuxu pozğunluğu və depressiyanın qarşını almaqda kömək edirlər.

Mütəxəssislər qeyd ediblər ki, bu siyahıda olan məhsullar yalnız əhvalın və insanın ümumi mənəvi halının yaxşılaşdırılması gücünə malikdir. Depressiya əlamətləri və ya panik atak yarandıqda, ilk növbədə, həkimə müraciət etmək lazımdır.

Hamburger və hot-doqlardakı emal olunmuş ət isə orqanizmə pis təsir göstərir. Onların tərkibindəki nitratlar beynin psixi xəstəliklərə cavabdeh hissəsinə təsir göstərir.


Etiketlər:  İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ