Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 16:03
Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir. Təmizlənməyə isə ilk olaraq qandan başlamaq lazımdır.
Qanı təmizləmək üçün aşağıdakı məlhəmi hazırlamaq lazımdır:
• Payızda zəncirotunun kökünü yığıb qurudun. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynadın. Kənara qoyub, 40 dəqiqə saxlayın. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək. Müalicə 1 həftə davam etdirilməlidir.
• Fincana süd və tünd dəmlənmiş çay tökün. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə için. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.