Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Olimpiya çempionu: ''Bakıya yarışlara gələndə sanki evə gəlirik''

Olimpiya çempionu: ''Bakıya yarışlara gələndə sanki evə gəlirik''

Tarix: 15 Fevral 2020 17:40

Bakıya yarışlara gələndə sanki evə gəlirik, burada hər şey tanış və doğmadır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçısı, 2016-cı il Olimpiya çempionu, Belarus gimnastı Vladislav Qonçarov deyib.

Öz çıxışı barədə danışan gimnast bildirib ki, turnir cədvəlindəki yerindən məmnundur: "Kombinasiyaları daha yaxşı yerinə yetirə bilərdim. Proqramı icra elədim, amma səhvlər də oldu, lazımi hündürlüyə çata bilmədim. Dünya Kuboku kifayət qədər vacib yarışdır, Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.


Etiketlər:  Olimpiya çempionu Bakıya yarışlara gələndə sanki evə gəlirik


RƏYLƏR