Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 13:46
Türkiyənin Ankara şəhərində yerləşən Ortaköy qəbiristanlığında vandallar 20 xristian qəbrini təhqir ediblər.
Sonxeber.net bildirir ki, "Qafqazinfo"nun "Rossiya 24" telekanalına istinadən məlumatına görə, cinayəti törədənlər 16-17 yaşlı yeniyetmələrdir. Onlar qəbiristanlığın qeyri-müsəlman hissəsindəki qəbirləri sındırıb. Bəzi plitələrin üzərinə rus soyadları olub.
Vandallar polis tərəfindən saxlanılıb. Cinayətkarlar vurduqları zərərin məbləğini mərhumların yaxınlarına ödəməli olacaq.