Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 14:14
Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə"nin qonağı olan "Qarabağ" klubu ciddi itki ilə üzləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 6-0 hesablı qələbəsi ilə yekunlaşan matçda Ailton Silva cəzalanıb. İkinci hissədə sarı vərəqə görən braziliyalı müdafiəçi limiti keçdiyi üçün cəzalı duruma düşüb. 24 yaşlı futbolçu növbəti turda "Sumqayıt"a qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, Ailton əvvəlki sarı vərəqələri IV və XVI turun "Neftçi", XIV turun "Keşlə" ilə matçlarında alıb.