Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu "Yuventus"un oyununu buraxacaq

Ronaldu

Tarix: 16 Fevral 2020 14:52

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu bu gün "Brescia"ya qarşı oyunda iştirak etməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun rəsmi Tvitter səhifəsində A seriyasının 24-cü turunun matçına sifariş olunan 20 oyunçunun adı açıqlanıb. Onların arasında portuqaliyalı hücumçu yoxdur. Bunun səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, "Yuventus" - "Brescia" görüşü bu gün Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

Əlavə edək ki, daha öncə "Yuventus"un baş məşqçisi Mauritsio Sarri bu oyunda Ronalduya istirahət verə biləcəyini demişdi.

Milli.Az


Etiketlər:  Ronaldu Yuventusun oyununu buraxacaq


RƏYLƏR